Xankəndi nəzarətə götürüldü - VİDEO

Azərbaycan Silahlı Qüvvələri Xankəndi ətrafında strateji yüksəkliklər halqasını bağlayıb.
Bu barədə “Caliber”in reportajında bildirilib.
Qeyd olunub ki, ordumuzun şəhid olan əsgəri Anar Kazımovun ölümü ilə nəticələnən bu təxribat erməni tərəfi üçün təkcə cavab atəşi ilə yox, qlobal strateji uğursluzluqla da nəticələnib. Bunu ən azından ordumuzun mart ayında Fərrux yüksəkliyinə nəzarəti ələ alması ilə müqayisə etmək olar. Amma daha böyük formada.
Silahlı Qüvvələrimiz şimaldan cənuba 100 kilometrdən çox ərazini əhatə edən Kiçik Qafqaz Qarabağ dağ silsiləsinin bütün strateji yüksəkliklərinə nəzarəti bərpa etməyə cəmi bir neçə saatdan bir sutkaya qədər vaxt sərf edib. Qanunsuz erməni silahlı birləşmələrinin bir neçə postu dağıdılıb, çox sayda silah-sursatı götürülüb.
Bu əməliyyatın miqyasını qiymətləndirmək üçün Kəlbəcərin Vəng kəndindən Laçına qədər məsafəni təsəvvür etmək lazımdır. Buzluq, Qırxqız, Üçdik, Sarıbaba və Laçındağın strateji yüksəkliklərini xəyalən birləşdirdikdə isə məsafənin böyüklüyünü daha yaxşı başa düşmək mümkündür. Silahlı Qüvvələrimiz silsilənin hər iki tərəfindəki əsas marşrutlara, kəndlərə və yaşayış məntəqələrinə nəzarəti ələ keçirib.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO











