Xətai rayonunda dezinfeksiya işləri aparıldı - FOTO

Son günlər ölkədə koronavirus pandemiyasına yoluxma sayı yenidən kəskin şəkildə artmağa başlayıb.
Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, bununla əlaqədar paytaxtda vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun yayılmasının qarşısının alınması üçün genişmiqyaslı kompleks tədbirlər həyata keçirilir.
Belə ki, bütün paytaxt rayonlarında, o cümlədən Xətai rayonunda genişmiqyaslı dezinfeksiya həftəsi elan edilib.
İlk günündən tədbir çərçivəsində rayonun bütün inzibati ərazisində yerləşən parklarda, həyətlərdə, küçə və prospektlərdə dezinfeksiya, eləcə də əhali arasında maarifləndirmə işlərinə başlanılıb.
Əvvəlcədən təsdiq edilmiş qrafikə uyğun olaraq kommunal xidmətlərin əməkdaşları tərəfindən yaşayış binalarında, o cümlədən lift kabinalarında, həyət və yaşayış məhəllələrində, avtobus dayanacaqlarında, park və abad həyətlərdəki idman və əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında gündəlik tibbi profilaktik və dezinfeksiyaedici tədbirləri aparılır.
Eyni zamanda həm də yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə sakinlərə ilk növbədə virus əleyhinə vaksinasiya olunmağın vacibliyi izah edilir. Həftəsonu isə paytaxtdakı əsas küçə, prospekt və yollarda genişmiqyaslı dezinfeksiya tədbirlərinin aparılması planlaşdırılıb.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












