Xəzər dənizində tapılan minalar zərərsizləşdirilib - FOTO
Xəbərlər
10 May 2022 19:19

Xəzər dənizinin Azərbaycan sektorunda aparılan ərazi kəşfiyyatı zamanı suyun 60 metrədək dərinliyində aşkar edilən 6 ədəd böyük gəmi minasının (КБ-1) zərərsizləşdirilməsi prosesi mayın 10-da uğurla başa çatıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Xəbərə görə, Hərbi Dəniz Qüvvələrinin aidiyyəti üzrə gəmiləri və ixtisaslaşdırılmış mütəxəssisləri tərəfindən minalar təhlükəsizlik tədbirlərinə əməl edilməklə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə zərərsizləşdirilib. Minaların zərərsizləşdirilməsi prosesinə ümumilikdə 4 hərbi gəmi, 4 kater və 133 nəfər hərbi qulluqçu cəlb olunub. Hazırda Xəzər dənizinin Azərbaycan sektorunda bütün fəaliyyətlər adi qaydada davam etdirilir.
Oxunub : 1172
DİGƏR XƏBƏRLƏR
2 Oktyabr 2026 23:58
Bu yolda sürət həddi endirildi - FOTO
2 Oktyabr 2026 23:08
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
2 Oktyabr 2026 19:46
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
2 Oktyabr 2026 15:53
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
1 Oktyabr 2026 21:17
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
1 Oktyabr 2026 21:00
Sürücülərin nəzərinə: Bu yol bağlanır
1 Oktyabr 2026 18:27
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
1 Oktyabr 2026 18:11
Azərbaycanda deputatın mandatı ləğv edildi
1 Oktyabr 2026 14:44
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
30 Sentyabr 2026 23:39
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
30 Sentyabr 2026 22:52
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
30 Sentyabr 2026 21:36
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
ŞƏRH YAZ













