Xəzər dənizinə lay suları axıdıldığına görə idarə rəisi cəzalandırılıb

Azneft İstehsalat Birliyinin Neft Daşları NQÇİ-nin ərazisindən Xəzər dənizinə lay sularının axıdılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov "Report"a bildirib ki, mütəxəssislərimiz tərəfindən Azneft İstehsalat Birliyinin Neft Daşları NQÇİ-nin ərazisində keçirilən monitorinq zamanı dənizin səthində neft ləkələrinin olduğu müşahidə edilib.
O qeyd edib ki, lay sularının idarə olunması vəziyyətinin araşdırılması məqsədilə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və NQÇİ-nin mütəxəssislərindən ibarət yaradılan Qrup tərəfindən bütün texnoloji proseslərə baxış keçirilib: "Baxış zamanı müəssisədə formalaşan lay sularının düzgün idarə edilmədiyi, texnoloji proseslərdə nöqsanların olduğu müəyyən olunub. Texnoloji proseslər zamanı ekoloji tələblərə riayət olunmadığı üçün idarənin rəisi Cəfərov Balaəli 2500 manat məbləğində cərimə edilib. Bütün sistemin yenidən yoxlanılması və lay sularının düzgün idarə olunması üçün idarəyə müvafiq tapşırıqlar verilib".
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












