Xəzər rayonunda yerləşən “Mağara” abidəsi sökülür? - AÇIQLAMA - FOTO

Xəzər rayonu ərazisində Dübəndi bağlar qəsəbəsində 5-6 min il yaşı olan ərazinin hasarlanmasından şikayətçidirlər.
Bu barədə Oxu.Az-a sakinlər tərəfindən məlumat verilib. Bildirilib ki, Dübəndi massivində sahilə bitişik ərazidə tarixi 5-6 min il olan və dünya petroqliflər (https://megalithica.ru/petroglifyi-dyubendi.html) siyahısına daxil olan yerlər çəpərə alınıb.
Sakinlərin sözlərinə görə petroqliflər olan ərazidə aktiv olaraq tikinti işləri aparılır. Tikinti işlərinin nə qədər qanuni olub-olmadığı isə məlum deyil.
Sakinlər bu ərazilərin nəzarətdə olmaması səbəbindən min illik tarixi olan yerlərin bir gecə də məhv edilməsindən narahatdırlar:
“Burada əvvəllər məlumat lövhəsi olub. Amma indi onuda yığışdırıblar. Üstəlik tikinti gedən ərazidən geriyə qalan tullantıları gətirib buraya atırlar. Aidiyyəti qurumlardan, təşkilatlardan bu məsələ ilə maraqlanmağlarını xahiş edirik”.
Oxu.Az məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sorğu ünvanladı. Sorğumuza cavab olaraq bildirilib ki, əməkdaşlar Xəzər rayonu Dübəndi qəsəbəsinin Xəzərsahili ərazisində yerləşən qayaüstü təsvirlər olan “Mağara” abidəsinə baxış keçiriblər:
“Baxış zamanı abidəyə hər hansı müdaxilə faktı qeydə alınmamış, lakin bir neçə ay öncə qoyulmuş mühafizə lövhəsi yerində aşkarlanmamışdır. Tarixi abidənin mühafizəsi istiqamətində tədbirlər görülür”.
Qeyd edək ki, e.ə IV-I minilliyə aid olan “Mağara” abidəsinə bir neçə dəfə naməlum şəxslər tərəfindən müdaxilə halları qeydə alınıb, ərazidə abidənin dövlət tərəfindən qorunması ilə bağlı qoyulan mühafizə lövhələri çıxardılıb. Dövlət Xidməti tərəfindən abidənin qorunması istiqamətində müvafiq addımların atılmasına baxmayaraq, yenidən eyni hallar təkrarlanıb. Hazırda lazimi tədbirlər görülməkdədir.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












