Xəzərdə brokonyerlik edənlər saxlanıldı - VİDEO

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı Xəzər dənizinin Hövsan qəsəbəsi istiqamətində qanunsuz balıq ovu ilə məşğul olan Xəlil Həsənov saxlanılıb.
Avtosfer.az DİN-ə istinadən xəbər verir ki, yoxlama zamanı ondan “Yamaha” mühərriki ilə təchiz edilmiş qayıq, qadağan olunmuş balıqovlama alətləri və qanunsuz ovladığı kefal balıqları aşkarlanaraq maddi sübut kimi götürülüb.
Su polisləri tərəfindən Xəzər dənizinin Bibiheybət qəsəbəsi istiqamətində həyata keçirilən tədbir zamanı isə həvəskar balıqçı adı altında qanunsuz balıq ovu ilə məşğul olan Rasim Nəciyev də saxlanılıb. Həmin şəxsdən “Yamaha” mühərriki ilə təmin olunmuş qayıq, qadağan olunmuş balıqovlama alətləri, qanunsuz ovladığı kefal və kütüm balıqları aşkarlanıb. Araşdırma zamanı bu şəxslərin su bioresurslarından qanunsuz istifadə etmələri nəticəsində ekologiyaya 2000 manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.
Faktlarla bağIı Su Nəqliyyatında Polis İdarəsində araşdırmalar aparılır:
"Bir daha nəzərə çatdırılır ki, hazırda balıqların kürü verən vaxtı olduğu üçün balıqovlama mövsümü sentyabr ayına qədər dayandırılıb. Bütün qadağalara baxmayaraq xüsusən körpə balıqların qanunsuz ovlanması hallarına hələ də rast gəlinməkdədir. Qeyd edilən qanunsuz əməllərə yol verən brokonyerlərə xəbədarlıq edilərək bildirilir ki, onlar barəsində cinayət və inzibati qanunvericilikdə nəzərdə tutulan qaydada ciddi tədbirlər görüləcək".
Qeyd edilib ki, su polisləri tərəfindən Xəzər dənizi və digər su hövzələrinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli, həmçinin digər növ balıqların ovlanmasının qarşısını almaq məqsədilə nəzarət tədbirləri digər qurumlarla birgə sahil boyu bütün ərazilərdə davam etdirilir. İdarə əməkdaşları tərəfindən Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərini və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə mütəmadi olaraq aparılır. Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












