XI Çağırış Kubokunun Gəncə seçim turu keçirildi - FOTOLAR

Azərbaycan Gənclər Fondunun dəstəyi və “Xəzər İntellektual Gənclər Klubu”nun təşkilaçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə XI Çağırış kubokunun Gəncə seçim turu keçirilib.
50-ə yaxın gəncin iştirak etdiyi oyunda gərgin mübarizə son ana qədər davam edib.
Avtosfer.az xəbər verir ki, seçim turunda Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universiteti, Regional Kollecin tələbələrindən ibarət komandalar yarışıb. Yekunda Azərbaycan Texnologiya Universitetinin “Dəmir yumruq” komandası seçim turunun qalibi olub.
XI Çağırış Kubokunun keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması və intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır.
Layihənin seçim turlarının bu ilin noyabr ayı ərzində keçirilməsi nəzərdə tutulur. Seçim turlarında ən yaxşı nəticə göstərmiş komandalar Kubokun finalına vəsiqə qazanacaq. Kubokun final mərhələsi Bakıda təşkil olunacaq.
Qeydiyyat və iştirakla bağlı bütün suallara cavabı klubun sosial şəbəkə ünvanından https://www.facebook.com/Xazarigk əldə etmək olar.


Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu











