Xidmətçi qadın işlədiyi evdən 2,6 milyon dollar oğurladı

İraqda gürcü əsilli qulluqçu qadın işlədiyi evdən 2,6 milyon dollar və dörd kiloqram qızıl oğurlayıb.
Bu barədə "Rudaw Media Network" telekanalı məlumat yayıb.Qeyd edilir ki, oğurluqda dörd nəfər iştirak edib. Əsas "qəhrəman" isə Gürcüstandan İraqa qızıl tacirinin ailəsinə xidmət etməyə gələn şəxs olub.
Dahukun polis rəisi general Əhməd Fəxri Məcid cümə günü keçirdiyi mətbuat konfransında deyib ki, ev sahibinin şəhərdə olmasından istfadə edən gürcü dostlarına zəng vuraraq gizli şəkildə əməliyat keçirmələrini təklif edib. Qadın pəncərəni açıq qoyub və evin açarlarını da əlbir olduğu oğrulara təqdime dib. Cinayətkar qrup qızıl və pulları gizlətdikdən sonra tələsik şəkildə İraq Kürdüstanını tərk ediblər.
Qadın sərhədi keçərək Türkiyəyə qaçıb və özü ilə 20 min dollar da götürə bilib. Polis təhlükəsizlik kameralarını izləməklə pul və qızılları tapa bilib.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












