Xırdalanda gecə saatlarında işləyən çay evinin icarədarı həbs olunub - FOTO

Abşeron rayon Polis İdarəsinin əməkdaşları gecə saatlarında Xırdalan şəhərində koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində reyd keçiriblər.
Avtosfer.az-ın məlumatına görə, təşkil edilən reyd zamanı şəhərin Heydər Əliyev prospektində “MM-Pub” çay evinin gecə saatlarında fəaliyyət göstərdiyi aşkarlanıb. Gecə saat 01:00 olmağına baxmayaraq obyektin müştərilərə xidmət göstərdiyi və karantin rejimi qaydalarına zidd olaraq qəlyan təklif edildiyi məlum olub. Həmin obyekti icarə əsasında işlədən 2000-ci il təvəllüdlü Əbilov Səyid Rəmzi oğlu qaydaları pozduğu üçün polislər tərəfindən barəsində inzibati protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.
O, məhkəmənin qərarı ilə 8 sutka inzibati qaydada həbs edilib. Obyektdə olan 7 müştəri – 1996-cı il təvəllüdlü Rəhimova Nərgiz İsmayılı qızı, 1997-ci il təvəllüdlü Məmmədova Aynur Ramiz qızı, 1992-ci il təvəllüdlü Zalışov Yaşar Qoca oğlu, 1995-ci il təvəllüdlü İsmayılov Kənan Hacıbala oğlu, 1996-cı il təvəllüdlü Əliyev Tural Ərəstun oğlu, 2000-ci il təvəllüdlü İsgəndərov Ramiz Nəcəfqulu oğlu və 1986-cı il təvəllüdlü Əlizadə Elvin İsmayıl oğlu xüsusi karantin rejimini pozduqları üçün Abşeron rayon Polis İdarəsinə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 200 manat məbləğində cərimə ediliblər.
Abşeron rayonu ərazisində sanitar-karantin qaydalarına əməl olunmasına nəzarət məqsədi ilə profilaktik tədbirlər davam etdirilir.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO














