Xırdalanda itkin düşən qadın Türkiyəyə işləmək üçün gedibmiş

Abşeron rayonu, Xırdalan şəhərində itkin düşən, daha sonra Türkiyədə olduğu müəyyənləşən 30 yaşlı Əliyeva Cəmilə Telman qızından xəbər var.
Avtosfer.az xəbər verir ki, bu barədə onun bacısı məlumat yayıb.
Onun sözlərinə görə, ötən gün axşam saatlarında bacısı onlara telefonla zəng edərək danışıb və ailəsini tərk etməsinin səbəblərini açıqlayıb.
Məlum olub ki, C.Əliyeva Türkiyədə yaşayan rəfiqəsinin vasitəsi ilə işləmək üçün bu ölkəyə gedib:
"Məsələnin dəqiqliyini müəyyənləşdirmək üçün qohum və tanışlar onun olduğu yeri gedib görüblər. Yəni, keçirdiyimiz narahatlıqlar əsassız imiş".
Qeyd edək ki, aprelin əvvəlində Abşeron rayonu, Xırdalan şəhərində yaşayan 30 yaşlı Əliyeva Cəmilə Telman qızının itkin düşdüyü barədə məlumatlar yayılıb. Daha sonra Daxili İşlər Nazirliyi tərəfindən qadının itkin düşməsi faktı ilə bağlı araşdırmalara başlanılıb. Araşdırma nəticəsində məlum olub ki, C.Əliyeva aprelin 1-də Türkiyəyə gedib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












