Xırdalanda küçəyə şəhidin adı verilib - FOTO
Xəbərlər
26 Aprel 2021 17:57

Xırdalanda Vətən müharibəsi şəhidinin adı yaşadığı küçəyə verilib.
Avtosfer.az Trend-ə istinadən bildirir ki, 44 günlük müharibə zamanı torpaqların azadlığı üğrunda canından keçən şəxslərdən biri də, Səxavət Abbasovdur. Ötən gün 21 yaşı tamam olan şəhidin xatirəsini əbədiləşdirmək üçün yaşadığı evinin üzərinə barelyefi vurulub.
Bundan əlavə Səxavət Abbasovun yaşadığı küçəyə onun adı verilib.
Qeyd edək ki, könüllü şəkildə müharibəyə qoşulan Səxavət Abbasov Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib. O, Xocavənddə Ərgünəş dağı yaxınlığında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Səxavət Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.



Oxunub : 1382
DİGƏR XƏBƏRLƏR
16 Noyabr 2026 22:50
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
16 Noyabr 2026 20:37
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
16 Noyabr 2026 20:05
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
16 Noyabr 2026 18:30
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
16 Noyabr 2026 12:36
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
15 Noyabr 2026 19:20
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
15 Noyabr 2026 16:46
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
12 Noyabr 2026 19:50
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
ŞƏRH YAZ












