Avtobusda maskaya görə qan düşdü

Yerevanda ictimai nəqliyyatda bir nəfəri maska taxmaq üstündə qətlə yetiriblər. Bu barədə Ermənistanın "Shamshyan.com" saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, bu gün saat 11:30 radələrində polisə Paronyan və Leo küçələrinin kəsişməsində, 54 nömrəli marşrutun arxa oturacağında cəsəd olduğu barədə məlumat daxil olub. İlkin məlumata görə, həmin cəsəd marşrutda öldürülən şəxsə məxsus olub. Hadisənin şahidlərinin sözlərinə görə, marşrutda maska taxmaq üstündə mübahisə düşüb. Nəticədə dava edən kişilərdən biri əlindəki bıçağı o birinin sinəsinə sancaraq ölümcül yaralayıb.
Hazırda hadisə yerinə baxış keçirilir. Fakt əsasında Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsinin 1-ci bəndinə (qəsdən adam öldürmək) əsasən cinayət işi açılıb. Hadisə yerindən qaçan cinayətkarın ələ keçirilməsi üçün axtarış tədbirləri keçirilir.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












