"Xocalı" gəmisi növbəti səfərini Kanadadan Çinə doğru həyata keçirir - FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) "Handysize" tipli “Xocalı” quru-yük gəmisi növbəti səfərinə çıxıb.
Avtosfer.az ASCO-ya istinadla xəbər verir ki, gəmi bu dəfə 30 min tona yaxın taxtanı Kanadadan Çinə və Yaponiyaya çatdıracaq.
Azərbaycan Bayrağı altında üzən gəmi Kanadanın Nanaimo və Styuart (Stewart) limanlarından yükünü qəbul edərək 113 kilometrlik uzunluğu olan Böyük Ber çayından (Great Bear River) səfərinə başlayıb. Daha sonra gəmi Sakit okeanı keçərək əvvəlcə Çinin Lanşan (Lanshan) limanına, oradan isə Yaponiyanın Matsuyama limanına gedəcək.
Hazırda gəmi Çinə doğru üzür, onun 17 gün ərzində Çin limanına çatması gözlənilir.
Qeyd edək ki, ümumilikdə 38 min 593 ton yükgötürmə imkanına malik olan "Xocalı" gəmisinin uzunluğu 180 metr, eni 30 metr, bortunun hündürlüyü 15 metr, suya oturumu 10,47 metr, maksimum sürəti 15,7 knotdur. Suya oturumu maksimum yük götürməklə onun bir çox dayaz limanlara da rahatlıqla daxil olmasına imkan verir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident


















