Yağış suları Binəqədi yollarını iflic vəziyyətə saldı - VİDEO

Bir neçə gündür, yağan intensiv yağışlar Bakıda bir neçə küçədə hərəkət məhdudiyyəti yaradıb.
Avtosfer.az xəbər verir ki, yollardan avtomobil ilə belə keçməkdə çətinlik yaranıb.
Paytaxtın Binəqədi rayonunda çəkilmiş görüntülərdən də aydın olur ki, avtomobil yollarına yığılan yağış suları nəqliyyatın hərəkətini iflic vəziyyətə salıb.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Bakı şəhərinin Baş planı 2040” sənədində şəhər ərazisində yağış drenaj boru xətləri ilə məişət kanalizasiya xətlərinin bir-birindən ayrılması, yağış sularının toplanması və təkrar istifadəsinin təşkili nəzərdə tutulub. Layihəyə uyğun olaraq, müxtəlif səthlərdən yağış suları mərkəzi sistemin borularına yönləndirilərək borular vasitəsilə yeraltı anbarlara toplanacaq. Daha sonra yağış suları filtrasiya və sterilizasiya proseslərindən keçirilərək istehsal sahələrində və suvarmada istifadəyə yönləndiriləcək.
Hazırda yağış və kanalizasiya kollektorlarının bəziləri eyni sistemlə idarə olunduğundan mövcud kanalizasiya sistemlərinin də dəfələrlə artıq yüklənməsinə səbəb olur. Lakin yeni layihənin tətbiqi imkan yaradacaq ki, mövcud problemlər minimuma endirilsin və su ehtiyatlarının artırılması istiqamətində yağış sularından da istifadə edilsin”.
Həmin görüntüləri təqdim edirik:
(qafqazinfo)
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












