"Yanlış fikirlər pandemiya ilə mübarizəni çətinləşdirir" - Həkimdən XƏBƏRDARLIQ

“Artıq bir neçə aydır pandemiya ilə mübarizə strategiyasına peyvəndlərin tətbiqi də daxil edilib. Bu gün elmi olaraq bu birinci nəsil peyvəndlərin tətbiqi virusa qarşı hansı şəkildə effektli olması artıq sübut edilib və bu bizə məlumdur”.
Bu haqda Lent.az-a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev məlumat verib.
Onun fikrincə, insanların peyvəndlənmə prossesində aktiv iştirakı bu mübarizəni effektiv etsə də, təəssüf ki, bununla bağlı bəzi fərziyə, elmi əsası olmayan fikir səsləndirən insanlar da mövcuddur və bu hər bir cəmiyyətdə var:
“Bu cür yanlış fikirlər pandemiya ilə mübarizəni çətinləşdirir. Dünyada artıq peyvənd olunan şəxslərə verilən COVID-19 pasportu ilə insanları fərqləndirəcəklər. Bu pasportu əldə edən insanlar yavaş-yavaş normal həyatlarına qayıda, xarici səfərlərini həyat keçirə biləcəklər. Bir sözlə, onlayn həyat rejimindən, aktiv həyata keçid edəcəklər.”
Azərbaycanlı alim bildirir ki, bu gün dünyada 70 faiz insanda hələ də koronavirusa qarşı immunitet formalaşmayıb:
“Bu o deməkdir ki, qarşıdakı aylarda virusun yeni dalğası yayıla bilər. Bu da gözləniləndi. Həmin vaxt tətbiq olunacaq sərt karantin rejimində müəyyən sərt qadağaları COVİD-19 pasportu əldə edən şəxslərə tətbiq etməmək kimi elmi müzakirələr də bugün elmi arenada var. Bu da tam normal və elmi əsaslı qaydadır. Ona görə də insanlarımız təklif edilən peyvəndləmədən maksimum yararlanmalıdırlar ki, normal həyata qayıtmaq həm onlar, həm də bütöv ölkəmiz üçün daha da tezləşsin”.
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?
Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR
Bakıda marşrut xətlərinə REKORD SAYDA avtobus buraxılacaq
“Uşaqpulu”, pensiya, quru sərhədlər… – İlin sonuna kimi nələr dəyişə bilər?
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Xocəsən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Maşın bazarında parklanma qalmaqalı: 50 qəpik əvəzinə 5 manat istədilər - VİDEO










