Yararsız nömrə ilə avtomobil idarə edilir - VİDEO

Dövlət nömrə nişanın rəqəmlər olan hissəsi yoxdu, lakin bu hal sürücünü narahat etmir. O, yoluna davam edir...
Bunun bağlı görüntülər dünən Yevlax -Bərdə yolunda qeydə alınıb.
"Moskviç Kombi" markalı avtomobilin dövlət nömrə nişanı tamamilə yararsız vəziyyətdə olsa da, sürücü buna məhəl qoymadan hərəkətə davam edib.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, bəzi sürücülər cərimələrdən yayınmaq üçün bu cür üsullardan istifadə edirlər. Həmin nəqliyyat vasitələri hər hansı qayda pozuntusuna yol verdikdə və ya qəza törədib qaçdıqda onları aşkarlamaq mümkün olmur.
Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərlinin sözlərinə görə, idarə edilən hər bir avtomobilin dövlət qeydiyyat nişanı mövcud standartlara cavab verməlidir. Sürücülər dövlət qeydiyyat nişanlarının istifadəyə yararlığına nəzarət etməlidirlər.
Araz Əsgərli onu da qeyd edib ki, nömrə yararsız hala düşübsə, bununla bağlı sürücülər qeydiyyatda olduqları ərazi üzrə Baş Dövlət Yol Polisi İdarəsinin imtahan qeydiyyat şöbələrinə yaxınlaşmaqla yeni nömrə əldə edə bilərlər.
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO










