Yardımlıda meşə zolağında yanğının söndürülməsi əməliyyatları davam edir - VİDEO/FOTO

Yardımlı rayonu, Honuba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki meşə zolağında baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər fasiləsiz olaraq davam etdirilir.
Avtosfer.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ilkin hesablamaya əsasən, təqribən 30 hektar ərazi yanıb. Hazırda aktiv yanğın ocaqları, təqribən 1 hektar ərazini əhatə edir. Yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin 1 ədəd helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin və Regional Ekologiya İdarəsinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb olunub.
Yanğın mürəkkəb relyefli yüksək dağlıq ərazidə baş verdiyindən yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək qarşıdakı günlərdə havanın temperaturunun daha da yüksəlməsi fonunda yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO















