Yarım il ərzində Bakıda neçə kilometr yol yenidən qurulub?

“2021-ci ilin 6 ayı ərzində 119.6 kilometr uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilmiş, yenidən qurulmuş və təmir olunub”.
Oxu.Az xəbər verir ki, bu barədə bu gün keçirilən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2021-ci ilin 6 ayı ərzində yerinə yetirilmiş işlər barədə hesabat konfransında Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov məlumat verib.
O bildirib ki, yerli əhəmiyyətli 55.5 kilometr, Bakı şəhər yollarının isə 64.1 km yenidən qurulub və təmir edilib:
“Sözügedən təmir işləri, Nərimoanov, Binəqədi, Suraxanı və digər əraziləri əhatə edir:
Nərimanov rayonu - 5.76 km, Binəqədi rayonu - 3 km, Suraxanı rayonu - 5.2 km, Qaradağ rayonu - 0.6 km, Xəzər rayonu - 8.2 km, Xətai rayonu - 6.7 km, Sabunçu rayonu - 0.7 km, Nəsimi rayonu - 1.9 km, Nizami rayonu - 2.3 km əhatə edir”.
Bundan əlavə 2021-ci ilin 6 ayı ərzində Bakı şəhər yollarında 251.4 min kvadratmetr sahədə asfalt-beton örtükdə cari təmir işləri də yerinə yetirilib:
“2021-ci ilin 6 ayı ərzində Bakı şəhərində Qala-Pirallahı avtomobil yolunun 3.6 kilometrdə, uzunluğu 76.7 metr olan yerüstü piyada keçidinin tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilib”.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












