Yasamalda dezinfeksiya işləri aparılıb

Son günlərdə ölkədə insanlar rasında koronavirus pandemiyasına yoluxma sayında yenidən kəskin şəkildə artması pandemiya əleyhinə tədbirlərin gücləndirilməsinə səbəb olub. Bununla əlaqədar vətəndaşlarımızın sağlamlığının qorunması və xəstəliyin yayılmasının qarşısının alınması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda dezinfeksiya həftəliyi elan edilib və bütün rayonlarda pandemiya əleyhinə profilaktiki tədbirlər həyata keçirilir.
Yasamal Rayon Icra Hakimiyyətindən Avtosfer.az-a verilən məlumata görə, ötən gün Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxtın bütün rayonlarında genişmiqyaslı əlavə gücləndirilmiş dezindeksiya illəri aparılıb və gün ərzində 550 küçə və prospekt dezinfeksiya edilib.
Bu gün səhər saatlarından paytaxtın Yasamal rayonunda da ümumşəhər dezinfeksiya həftəliyi çərçivəsində güniş profilaktiki tədbirlər həyata keçirilib. Əvvəlcədən təsdiq edilmiş qrafikə uyğun olaraq kommunal xidmətlərin əməkdaşları tərəfindən yaşayış binalarında, o cümlədən lift kabinalarında, həyət və yaşayış məhəllələrində, avtobus dayanacaqlarında, park və abad həyətlərdəki idman və əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında gündəlik tibbi profilaktik və dezinfeksiyaedici tədbirləri aparılır.
Eyni zamanda həm də əhali arasında maarifləndirmə işləri aparılaraq yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə sakinlərə ilk növbədə virus əleyhinə vaksinasiya olunmağın vacibliyi izah edilir.
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO











