Yaxın günlərdə meteor yağışı gözlənilir

Yaxın günlərdə meteor yağışı olacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, hər il dekabrın 4-20-də təkrarlanan Geminidlər meteor selinin piki dekabrın 13-dən 14-nə keçən gecə gözlənilir.
“Meteor yağışı əsasən Şimal yarımkürəsində daha aydın görünəcək, lakin Cənub yarımkürəsində də daha az intensivliklə izlənilə bilər. Selin ən intensiv dövrü saat 02:00-da olacaq, lakin müşahidələr bütün gecə boyu davam etdirilə bilər.
Meteor selini müşahidə etmək üçün işıq çirklənməsinin az olduğu, şəhərdən kənarda yerləşən açıq məkanlar seçilməlidir. Ayın işığı tam fazaya yaxın olması səbəbindən müşahidələrə mane olacaq və bu, görünə biləcək meteorların sayına təsir göstərə bilər.
Ay dekabrın 14-də saat 06:56-da batacaq, bu isə qaranlıq səmada meteorları izləmək üçün 30 dəqiqəlik imkan yaradacaq”, - məlumatda qeyd edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












