Yaxın illərdə yox olacaq ölkələr - Alimlər “həyəcan təbili” çalır

BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinin (IPCC) bu yaxınlarda hesabatının dərc edilməsindən sonra qlobal istiləşmə ilə bağlı yeni araşdırmalar ortaya çıxmağa başlayıb.
Dünyanın bir çox ölkəsinin iqlim böhranı səbəbindən yox olmaq təhlükəsi ilə üzləşə biləcəyi iddia edilib.
Ümumdünya Təbiət Fondu bu yaxınlarda Amazon, Cənubi Afrikadakı Miombo meşələri və Avstraliyanın cənub-qərbi kimi vəhşi təbiətlə zəngin bölgələrinin ən çox zərər çəkəcəyi yerlərdən biri olacağını açıqlayıb. Araşdırmalarda müdafiəsiz, yüksək riskli ölkələrin iqlim böhranına qarşı heç bir tədbir görməyəcəkləri təqdirdə yox olma həddinə çatacaqları və dünyanın önəmli ölkələrinin bu böhrandan dərindən təsirlənəcəkləri bildirilir.
Araşdırmalar göstərir ki, dəniz səviyyəsinin yüksəlməsini zəiflətmək üçün ciddi dəyişikliklər edilmədiyi təqdirdə 2050-ci ilə qədər bir çox ada yox olacaq. Yüksələn suların xüsusilə Haiti, Fici və Filippin kimi yerləri vuracağı gözlənilir. Amma dünyada Maldiv adalarından daha riskli bir ada yoxdur. Mərcan adalarının 80 faizdən çoxu dəniz səviyyəsindən 30 santimetr yüksəklikdə yerləşdiyindən dəniz səviyyəsindəki ən kiçik artım belə ada ölkəsini batıra bilər.
Yüksək temperaturlu atmosferi ilə tanınan BƏƏ-də yayda havanın temperaturunun 50 dərəcəyə çatdığı bilinir. Massaçusetts Texnologiya Universitetinin mütəxəssisləri ölkənin mövcud rekord temperaturunun 2070-ci ilə qədər adi hala çevriləcəyini, paytaxt Əbu-Dabinin ən qaynaq nötqə olacağını deyirlər. Elm adamları BƏƏ-nin getdikcə yaşamaq üçün mümkün olmayacağını iddia edirlər. Temperaturun 60 dərəcəyə çata biləcəyini söyləyən elm adamları bunun 10 dəqiqəyə insan bədənini zədələnə biləcəyini bildirirlər.
Germanvoç İnstitutu Yaponiyanın da ekstremal hava şəraitindən ölüm riskinin ən çox olduğu ölkə olduğunu açıqlayıb. 2018-ci ildən bəri ölkədə tayfunlar, istilər, torpaq sürüşmələri və daşqınlar nəticəsində 1282 nəfər həyatını itirib.
İqlim dəyişikliyi və digər insan faktorları Malavi və Zimbabve kimi yerlərdə də ərzaq təhlükəsizliyinin davam etməsində əsas amil kimi önə çıxır. Beş il əvvəl regionun digər ölkəsinin - Sudanın bu səbəblərdən “son dərəcə mürəkkəb fövqəladə vəziyyət”lə üzləşdiyi bildirilib. Bu durum hər keçən gün daha da pisləşir./telegraf
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












