Yeni Dehlidə 200-dən çox aviareys təxirə salındı - SƏBƏB

Yeni Dehlini bürüyən tüstü dumanı səbəbindən İndira Qandi adına Beynəlxalq Hava Limanında 200-dən çox aviareys təxirə salınıb.
Avtosfer.az Hindistan mediasına istinadla xəbər verir ki, Yeni Dehlidə havanın çirklənməsi pik həddə çatıb. Aeroport administrasiyası sərnişinlərə qatı tüstü ilə bağlı yarana biləcək problemlər, həmçinin təyyarələrin uçuş və enişlərində gecikmələr barədə xəbərdarlıq edib.
Hindistanın paytaxtı hər il noyabr-dekabr aylarında havanın keyfiyyətinin kəskin pisləşməsi ilə üzləşir. Buna qonşu ştatlarda məhsul yığımından sonra fermerlərin quru otları yandırması səbəb olur. Nəticədə tüstü dumanı alçaqda yerləşən şəhəri bürüyür. Həkimlər belə şəraitdə sakinləri küçəyə çıxmamağa və ya qoruyucu maskalardan istifadə etməyə çağırır.
(bizim.media)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












