Yer kürəsində maqnit fırtınası başlayıb

Koronal dəlikdən Yerə yaxınlaşan sürətli Günəş küləyi axını aprelin 18-də Yer kürəsində zəif maqnit qasırğası başladıb. Avtosfer.az-ın Oxu.az-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutundan məlumat verilib.
"Gözlənildiyi kimi, Yer kürəsində maqnit qasırğası başlayıb. Hazırkı səviyyə G1-dir ki, bu da 5 ballıq şkala üzrə minimumdur. Qeyri-sabit geomaqnit vəziyyətinin ümumi müddəti olduqca əhəmiyyətli ola bilər - beş gündən yeddi günə qədər, lakin kəskin faza, hesab edildiyi kimi, yalnız ilk bir-iki gün davam edəcək və həftəsonunu əhatə edəcək", - deyə məlumatda qeyd edilib.
Öncəki günlərdə sürətli Günəş küləyi axınını səbəbindən Yer kürəsində maqnit qasırğalarının başlayacağı bildirilmişdi. Maqnit qasırğasının gücünün G2 səviyyəsinə qədər arta biləcəyi, lakin daha yüksək səviyyələrə keçməyəcəyi ehtimal edilir.
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI
İki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu
Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...












