Yeri maqnit qasırğası vuracaq - TARİX

Avqustun 19-da Yer kürəsini bu ayda ikinci maqnit qasırğası vuracaq. Avtosfer.az-ın Oxu.az-a istinadən xəbərinə görə, bu barədə Rusiyanın Günəş astronomiyası laboratoriyasının saytında məlumat verilib. Qasırğa bir və ya iki gün davam edəcək və orta gücdə olacaq. Səbəb Günəşdə nəhəng tac dəliyi - təxminən yarım milyon kilometr ölçüsündə qaranlıq bir sahənin əmələ gəlməsidir. Günəş küləyinin sürəti bu gün artmağa başlayacaq və sabaha qədər, demək olar ki, üç dəfə - saniyədə 300-dən 800-900 kilometrə qədər arta bilər. Yerin maqnit sahəsinə ən güclü zərbə çərşənbə axşamı gözlənilir və nəticələri çərşənbə günü hiss oluna bilər. Analoji qasırğa artıq ayın əvvəlində - avqustun 8-9-da baş verib. Alimlər vəziyyəti izləməyə davam edirlər və yeni məlumatlar daxil olduqca proqnozu yeniləyəcəklər.
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB












