Yevlaxda əməliyyat keçirilib: “patı”, heroin və psixotrop həblər götürülüb

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotiklərin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz olaraq əldə etməkdə və saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum edilmiş Ramil Abdullayev tutulub. Onun üzərinə baxış keçirilən zaman heroin və psixotrop maddə olan metamfetamin (patı) aşkar edilərək götürülüb.
Keçirilmiş digər tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, rayon sakini Rauf Şabanov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman güclü təsiredici xassəyə malik preqabalin həbləri aşkar edilərək götürülüb. R.Şabanovun ətrafında davam etdirilən araşdırmalarla həmin həbləri tanışı Ələsgər adlı şəxsdən aldığı müəyyən edilib. Tədbirlərin davamı olaraq Ələsgər Novruzov da saxlanılaraq RPŞ-yə gətirilib. Ə.Novruzovun üzərinə baxış keçirilən zaman güclü təsiredici xassəyə malik tramadol həbləri aşkarlanıb.
Qeyd olunan faktlarla bağlıYevlax RPŞ-də araşdırmalar davam etdirlir.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












