Yevlaxda narkotik əməliyyatı: külli miqdarda marixuana, heroin aşkarlandı - VİDEO

Yevlaxda polis narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni davam etdirir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində çətənə bitkisinin kultivasiyası ilə məşğul olan rayon sakini Rüstəm Abışzadə saxlanılıb. Onun evinin həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qulluq edilərək yetişdirilmiş 26 ədəd çətənə bitkisi və 6 kiloqram marixuana aşkar olunub.
Keçirilən digər tədbirlə güclü təsiredici xassəyə malik narkotik vasitə heroinin qanunsuz dövriyyəsini təşkil edən Hafiz Məmmədov da saxlanılıb. H.Məmmədov ondan aşkarlanan heroini pul müqabilində Teymur adlı şəxsdən aldığını bildirib. Davam etdirilən tədbirlərlə Şirvan şəhər sakini Teymur Əkbərov da saxlanılıb. Ondan da külli miqdarda heroin aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












