Yevlaxda yeni park istifadəyə verilib - FOTO

Yevlaxda yeni park istifadəyə verildi
Yevlax rayonunun Balçılı kəndində “hər kənddə bir park” layihəsi çərçivəsində yeni park salınıb.Təxminən yarım hektar ərazidə inşa olunan parkda yaşıllıqlar salınıb,oturacaqlar quraşdırılıb və digər bütün lazımi şərait yaradılıb. Həmçinin parkda gecə işıqlanması sistemi quraşdırılıb. 1300 nəfərdək sakini olan Balçılı kəndində salınmış bu parkda Balçılı kəndinin sakinləri ilə yanaşı yaxın 3 kəndin-Salahlı, Ağqıraq və Varvara kəndinin sakinləri də asudə vaxtlarını səmərəli keçirəcək.
Parkda Balçılı kəndindən olan 1-ci Qarabağ müharibəsi şəhidi Yaqub Nəbiyevin və Vətən Müharibəsi şəhidi Mikayıl Əlibəylinin xatirəsinə xatirə da bulağı tikilib.
Parkın açılış mərasimində Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, kənd sakinləri, ziyalılar, şəhid ailələri və qazilər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə iştirak edən Şəhid ailələri, qazilər və digər sakinlər onlara göstərilən diqqət, qayğıya və yaradılan şəraitə Ali Baş Komandan İlham Əliyevə, Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı

















