Yol nişanı olmayan yerdə maşın saxlayan həvəskar balıqçılar maarifləndirildi

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi ilə birgə Səbail rayonu, Şıxov çimərliyi ərazisində həvəskar balıqçılar üçün maarifləndirici tədbir təşkil edib.
Avtosfer.az xəbər verir ki, monitorinqlər zamanı vətəndaşlarla söhbətlər aparılıb, yol nişanı olmayan ərazilərdə və dağ yamaclarının altında avtomobillərin saxlanmasının, eləcə də piyada keçidi olmayan yerlərdən yolun keçilməsinin təhlükəli olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, bu cür hallar həm sürücülər, həm də piyadalar üçün ciddi risk yaradır.
Eyni zamanda, küləkli hava şəraitində Xəzər dənizinin qayalıq sahələrində balıq ovunun həyati təhlükə yaratdığı vurğulanıb. Həvəskar balıqçılara yalnız xüsusi ayrılmış ərazilərdə balıq tutmağın vacibliyi bildirilib.
Vətəndaşlara Nazirlər Kabinetinin qərarına əsasən 1 may 2026-cı il tarixindən etibarən balıq ovu mövsümünün dayandırılacağı barədə də məlumat verilib.
Bu istiqamətdə profilaktik və maarifləndirici tədbirlərin davam etdirildiyi qeyd olunur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












