Yol polisi avtomobildəki yazını belə sökdürdü - VİDEO

Son vaxtlar yol polisi avtomobilinin şüşəsinə stikerlər vasitəsilə yazı yazan sürücülərin izindədir. Onlar polis tərəfindən aşkar edilərək yazıları sökdürülür.
Avtosfer.az bildirir ki, bu cür yazı yazıb avtomobilin şüşəsinə yapışdıran digər biri sürücü yazıları sökərkən özünü videoya çəkib və sosial şəbəkədə paylaşıb. 99-NL-676 nömrə nişanlı avtomobilin sürücüsü "Biz tarix yazdıq, siz oxuyun" ismarıcını yazdığından polis təfərindən saxlanılıb. O, videoda yazdığı yazının pis bir məna kəsb etmədiyini vurğulayaraq günahkar olaraq ötən günlərdə ismarıcı polis tərəfindən sökülən digər bir sürücünü göstərib.

Xatırladaq ki, həmin sürücü "Sürətli sür, gənc öl, qoy cəsədin yaraşıqlı olsun!"- şüarı yazaraq sosial şəbəkədə böyük qınağa səbəb olmuşdu.
Qeyd edək ki, bu cür yazı yazan sürüclərə heç bir inzibati cəza tətbiq edilmir.
Aysel
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












