Zakir Nuriyev: "Azərbaycanda elektrik və hibrid avtomobillərin kreditləşməsi kəskin artıb"

Azərbaycanda elektrik və hibrid avtomobillər maliyyələşdirilməsi üzrə əlçatanlığı artırılıb.
Avtosfer.az xəbər verir ki, bunu Bakıda VIII Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.
O bildirib ki, 3 il əvvəl start götürən bu proses nəticəsində Mərkəzi Bank tərəfindən requlyativ güzəştlər tətbiq edilib və banklara bu istiqamətdə kreditlərin ayrılması üzrə tövsiyyələr verilib. Bu addım Azərbaycanda hibrid və elektromobillərə ayrılan kreditlər kəskin artıb.
O bildirib ki, 2022-ci ilin sonuna bankların kredit portfelində elektrik və hibrid avtomobillərinin cəmi minik avtomobil portfelində payı 17.8% olduğu halda, cari ilin iyunun 30-u tarixində müvafiq göstərici 59.9% təşkil edib.
“Bununla yanaşı, ötən ilin fevral ayında Mərkəzi Bank tərəfindən “2023-2026 Dayanıqlı Maliyyə Yol Xəritəsi” nəşr olunub. Yol xəritəsinin məqsədi maliyyə institutlarının iqlim dəyişikliyi və digər ESG amillərindən irəli gələn risklərə qarşı dayanıqlığını təmin etmək, həmçinin davamlı iqtisadiyyata keçid nəticəsində yaranan imkanları həyata keçirməkdir” - ABA sədri əlavə edib.
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO












