Zaqatalada karantin rejimi ilə əlaqədar monitorinq keçirilib - FOTO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimindən irəli gələn qaydalara riayət edilməsi məqsədilə şəhər ərazisində yerləşən qapalı məkanlarda, eləcə də ictimai nəqliyyatda monitorinq keçiriblər.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, iri ticarət mərkəzlərində keçirilən yoxlamalar zamanı bəzi müştərilərin COVID-19 pasportu olmadan obyektə daxil olduğu aşkarlanıb.
Həmin obyektlərin sahiblərinə ciddi xəbərdarlıq edilib, mövcud tələblər bir daha onların diqqətinə çatdırılıb. Əhalinin sağlamlığının qorunması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq edilən qaydalara qeyd-şərtsiz əməl etməyin vacibliyi vurğulanıb.
Daha sonra mağazalarda davam etdirilən nəzarət tədbirləri nəticəsində tibbi maskadan istifadə etməyən və yaxud düzgün şəkildə istifadə etməyən satıcı və alıcılara rast gəlinib. Polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər aparıb və sanitar-gigiyenik tələbləri izah ediblər. Qaydaları pozanlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.
Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı isə taksilərdə şəffaf arakəsmələr quraşdırmayan şəxslər, eləcə də tənəffüs yollarını örtən fərdi vasitələrdən istifadə etməyən sərnişin və sürücülər müəyyən edilib. Hərəkət iştirakçılarının diqqətinə çatdırılıb ki, hər bir şəxs məsuliyyət hiss etməli, özlərinin və digərlərinin sağlamlığı üçün mövcud tələbləri anlayışla qarşılamalıdır.



Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO










