Zaqatalada keçmiş məhkumdan 4 kiloqram marixuana götürülüb - FOTO
Xəbərlər
23 Avqust 2021 13:00

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı rayonun Qazangül qəsəbə sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olduğu üçün məhkum olunmuş Sahibəli Cəfərov saxlanılıb.
Onun yaşadığı ünvana baxış keçirilən zaman həyətində saxladığı özünə məxsus “VAZ-2107” markalı avtomobilin yük hissəsindən 4 kiloqram marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.


Oxunub : 1056
DİGƏR XƏBƏRLƏR
9 Oktyabr 2026 22:29
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
9 Oktyabr 2026 18:47
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
9 Oktyabr 2026 18:22
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
9 Oktyabr 2026 16:11
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
8 Oktyabr 2026 21:44
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
8 Oktyabr 2026 12:41
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
8 Oktyabr 2026 11:53
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
8 Oktyabr 2026 11:14
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
8 Oktyabr 2026 11:11
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
8 Oktyabr 2026 09:24
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
7 Oktyabr 2026 22:17
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
7 Oktyabr 2026 21:41
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
ŞƏRH YAZ












