Zaqatalada qəza törədib ölümə səbəb olan sürücünün "avtoş"luq videosu yayıldı - VİDEO

Bu gün Zaqatalada baş verən və iki nəfərin həyatını itirdiyi qəzanın sürücüsünün “avtoş”luq etdiyi video görüntü sosial şəbəkələrdə yayılıb. Avtosfer.az bildirir ki, yolun əks istiqamətinə çıxaraq “KamAZ”la toqquşan sürücü avtomobilindəkilərdən birinin ölməsinə, digərlərinin isə yaralanmasına səbəb olub. Niyə?... Sürücünün “avtoş” videolarına baxanda sualın cavabını asanlıqla tapmaq mümkündür. Lovğalıq, gövdə göstərişi, cahillik və daha deyilməyəsi bir çox yaraşdırmalar. Bunların hamısını “avtoş”luq edənlərə aid etmək mümkündür. “Avtoş” olmayan heç kim onların məqsədələrini, etdikləri bu əməldən hansı zövqü aldıqlarını anlamır. Amma açıq aşkar olan bir şey var ki, o da bu “ avtoş”lar nəinki öz canlarını düşünmür, salonundakıları, yoldakıları da təhlükəyə atmaqdan çəkinmirlər. Bu beyində olanlar nə qəzalardan dərs çıxarır, nə də bu yolda məhv olan həyatlardan. Məhz bu səbəbdən yol polisi hər zaman “avtoş”lara qarşı sərt tədbirlər görür. Nə avtomobilin önünün qaldıranın, nə də iki təkər qaldırıb ziq-zaq gedənin gözünün yaşına baxmadan cərimələyir ki, bəlkə dərs alıb cahilliyə son qoyalar.
Aysel
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO


















