Zavoddan oğurluq edən şəxslər ƏLƏ KEÇDİ - FOTO

Qubada oğurluq edən şəxslərin üzərindən narkotik vasitələr aşkarlanıb.
Quba Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri silsilə əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluqlar etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayon sakini Xəyyam Mirişov, Sumqayıt şəhər sakinləri Həsənalı Piriyev, Şamxal Köçərli və Salyan rayon sakini Emin Muradov saxlanılıblar.
Sözügedən şəxslər rayonun Barlı kəndində yerləşən “Qazax sement zavodu”nun qum-çınqıl karxanasından, texnikalara aid ehtiyat hissələri oğurladıqlarını etiraf ediblər. Həmin şəxslərin üzərinə və E.Muradovun avtomobilinə baxış keçirilən zaman bükülülərdə narkotik vasitə olan heroin və marixuana aşkar edilərək götürülüb.
Keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Tamerlan Məmmədov da saxlanılıb. Həmin şəxsin tanışına məxsus avtotəmir obyektindən müştəriyə məxsus “Mersedes-Benz” markalı avtomobilin hissələrini oğurladığı müəyyən olunub.
Faktlara bağlı RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır.
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq











