"Zəfər yolu" sentyabrda təhvil veriləcək - VİDEO

Hazırda inşası davam edən "Zəfər yolu" sentyabr ayında təhvil veriləcək.
Avtosfer.az xəbər verir ki, keçən ilin noyabrın 16-da dövlət başçısı tərəfindən adı qoyulan "Zəfər yolu"nun 2-ci texniki dərəcəyə uyğun inşası davam edir. 2 ay ərzində yol genişləndirilib, yeni torpaq yatağı inşa edilib. Uzunluğu 101.5 km olan yol 2 zolaqdan ibarətdir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, artıq asfaltlanma işləri aparılır.
Anar Nəcəfli onu da qeyd edib ki, həmin ərazilərdən keçən Yeni Əhmədbəyli-Füzuli-Şuşa yolu da inşa edilir. Yolun uzunluğu 82.6 kilometrdir. 2024-cü ilə qədər yekunlaşması gözlənilən yolun digərindən qısa olmasının səbəbi orada körpülərin, xüsusi tunellərin inşasının planlaşdırılmasıdır.
Qeyd edək ki, "Zəfər yolu" işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalıdan keçməklə Şuşaya gediş-gəlişi Daşaltı kəndi istiqamətindən təmin edəcək.
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO











