Zəfər yolunun istifadəyə veriləcəyi vaxt açıqlandı

Zəfər yolu sentyabrın axırında istifadəyə tam hazır olacaq.
Bunu Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
O bildirib ki, 101 kilometrlik Zəfər yolunun asfaltlanma işləri yekunlaşıb: "Hazırda yolun xətlənməsi, yol nişanlarının quraşdırılmasına başlanılıb. Yaxın vaxtlarda bu işlər də tam başa çatacaq və Zəfər yolu tam olaraq istifadəyə veriləcək".
A.Nəcəfli bildirib ki, dünyanın heç bir ölkəsində 10 ay ərzində respublika əhəmiyyətli yol sıfırdan tikilib istifadəyə verilməyib: "Bu, respublika əhəmiyyətli yoldur. 10 ay ərzində körpü-keçidlərlə birlikdə 101 kilometrlik yol inşa edilib. Bir aya təxminən 10 kilomtr yol tikilib. Ən soyuq və şaxtalı havada bu yolda işlər sürətlə davam etdirilib. Yol sentyabrın axırında istifadəyə tam hazır olacaq".
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












