“Zəngəzur” tankeri əsaslı təmir olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Zəngəzur” tankeri əsaslı təmir olunub.
Avtosfer.az ASCO-ya istinadən xəbər verir ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir zamanı tankerin baş və köməkçi mühərrikləri, avar valı sazlanıb, bəzi elektrik avadanlıqları yeniləri ilə əvəzlənib, köhnələri təmir olunub. Eyni zamanda, göyərtədə və maşın şöbəsində boruquraşdırma işləri yerinə yetirilib.
Gəmidə rabitə və elektroradionaviqasiya sahəsinə aid 2 dəst müasir tip “Inmarsat-C”, 1 dəst “DS-85” tipli sürətölçən laq, 1 dəst “NAVTEX-700” tipli hava məlumat qəbuledicisi, 1 dəst stasionar UQD radiostansiya quraşdırılıb.
Gəminin heyətinə məxsus yaşayış otaqları da yenilənib.
Təmirçilər tankerin sualtı və suüstü hissəsinin, baş göyərtə və üst qurumunun, lövbər zəncirlərinin obraziv qumla təmizlənərək rənglənməsini də həyata keçiriblər.
Təmirdən sonra tanker yenidən istismara qaytarılıb.
Uzunluğu 149,9 metr, eni 17,3 metr olan “Zəngəzur” tankerinin yükgötürmə qabiliyyəti 13 min tondur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












