Zəngilanda 2 tona yaxın çətənə məhv edildi

Xəbərlər 14 İyun 2024 12:34 Oxunub 250
Zəngilanda 2 tona yaxın çətənə məhv edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Zəngilanda yabanı halda bitən 2 tona yaxın çətənə bitkisi məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları Dövlət Sərhəd Xidməti ilə birgə "Xaş-xaş 2024" planına uyğun olaraq keçirdikləri tədbirlərlə Şayıflı kəndində yabanı halda bitən 2 tona yaxın 2600 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh