Zəngilanda 200 ev tikilir - VİDEO

Azərbaycanda ilk "Ağıllı kənd" layihəsi uğurla icra edilir. Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış kəndlərimiz ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpa olunur. Hazırda "ağıllı kənd"də tikinti işləri sürətlə davam etdirilir.
Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə edilməklə 200 fərdi evin tikintisi həyata keçirilir. Bu evlərdən 160-ı birmərtəbəli, 40-ı isə ikimərtəbəli olacaq. Tikintiyə xeyli sayda işçi qüvvəsi cəlb edilib.
İlk dəfə həyata keçiriləcək "Ağıllı kənd" layihəsinin icrası 5 komponent üzrə aparılır. Bunlar yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı" və alternativ enerji sahələridir. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulur. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək.
Evlərin gələn ilin əvvələrində təhvil verilməsi planlaşdırılır.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












