Zəngilanda bərpa işləri necə gedir? - Prezidentin xüsusi nümayəndəsi AÇIQLADI

İşğal illərində erməni vəhşiliyi nəticəsində tamamilə dağıdılan Zəngilanda hazırda bərpa-quruculuq işləri sürətlə davam etdirilir".
Avtosfer.az "Azərtac"-a istinadən xəbər verir ki, Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyevin sözlərinə görə, mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi üçün Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə köhnə Zəngilan şəhər məscidinin əsaslı şəkildə təmiri həyata keçirilir, yaxınlığında isə şəhərin ümumi əhali sayını nəzərə alaraq yeni daha böyük bir məscidin tikintisinə başlanılıb. Həmçinin Zəngilanda İşğal, Zəfər muzeyləri kompleksi və Memorial Parkın tikintisi də planlaşdırılıb.
“Zəngilan ərazisindən keçən Horadiz-Ağbənd dəmir yolu xətti 2023-cü ildə, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu isə 2024-cü ildə yekunlaşacaq. Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün 2021-ci ilin aprel ayından tikintisinə başlanılan Zəngilan Beynəlxalq Hava Limanı isə bu ilin sentyabr ayında başa çatdırılacaq”, - deyə Vahid Hacıyev bildirib.
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək












