Zərdabda qoyun oğruları tutulub - VİDEO

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində xirdabuynuzlu heyvanlar oğurlayan şəxslər müəyyən edilərək saxlanılıblar.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a bildirilib ki, Zərdab rayon Gödəkqobu kənd sakini olan bir nəfər rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus xırdabuynuzlu heyvanlarının oğurlanması barədə məlumat verib. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən həmin kənd sakini Nurlan Əzizov və Qazax rayon sakini Amil Yolçuyev saxlanılıblar.
Araşdırmalarla onların 8 baş qoyun oğurlamaqla vətəndaşa 1200 manat civarında ziyan vurduğu müəyyən edilib. Dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.
Faktla bağlı araşdırma aparılır.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












