Arxa buferə stop və duman işığı quraşdırmaq olar? - İZAH - VİDEO

Son dövrlər bəzi avtomobil sahibləri arxa buferdə yerləşən işıqqaytarıcıları çıxararaq onların yerinə əlavə tormoz və ya duman işıqları quraşdırırlar. Bu dəyişikliklər, əsasən, avtomobilin arxa hissəsini fərqli göstərmək məqsədi daşıyır.
Bəs qanun buna icazə verirmi? Avtosfer.az xəbər verir ki, mövcud qaydalara əsasən avtomobilə əlavə bir ədəd tormoz işığı quraşdırıla bilər. Lakin bu işıq yalnız müvafiq texniki standartlara cavab verməlidir.
Əlavə tormoz işığı bir çox avtomobillərdə artıq zavod tərəfindən təchiz olunur. Əgər avtomobildə bu işıq yoxdursa, onu sonradan arxa şüşənin yuxarı hissəsinə yerləşdirmək olar.
Duman faraları da əksər hallarda avtomobil istehsalçısı tərəfindən quraşdırılır. Lakin bu işıq cihazları yoxdursa, bəzi sürücülər arxa buferdəki işıqqaytarıcıları çıxarıb onların yerinə duman faraları quraşdıra bilər. Bu halda da texniki tələblərə ciddi şəkildə riayət olunmalıdır.
Avropa İqtisadi Komissiyasının qaydalarına görə, arxa duman işığı ayrıca düymə ilə idarə olunmalı və elə qoşulmalıdır ki, sürücü mühərriki söndürüb yenidən işə salanda duman işıqları avtomatik sönsün.
Bu yanaşmanın əsas məqsədi sürücünün duman işığını yandırdığını unutmasının qarşısını almaqdır.
Fərid
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA
Sükan arxasında bu detal qəza riskini azalda bilər – TÖVSİYƏ – VİDEO












