Avtomobilin "yağ yeməsi" nin səbəbləri nələrdir? - Sürücülərə tövsiyə

Mühərrikin artıq yağ sərfiyyatı avtomobil sahiblərini narahat edən ciddi problemlərdən biridir.
Avtosfer.az xəbər verir ki, bu hal adətən mühərrikdə mexaniki nasazlıqlarla bağlı olur və vaxtında aradan qaldırılmadıqda böyük xərclərə səbəb ola bilər.
Mühərrikin yağ yandırmasının əsas səbəblərindən biri piston halqalarının boşalmasıdır. Zamanla bu halqalar aşınaraq yağın yanma kamerasına sızmasına səbəb olur. Nəticədə, mühərrik yanacaqla yanaşı yağı da yandırır.
Digər bir səbəb isə klapanların zədələnməsidir. Klapanlarda yaranan boşluqlar yağın silindrlərə daxil olmasına və mühərrikin qeyri-normal işləməsinə yol açır.
Mühərrik yağının az olması da bu problemin əsas mənbələrindən biridir. Yağ səviyyəsi aşağı düşdükdə, piston və digər hərəkətli hissələr sürtünməyə məruz qalır, aşınır və nəticədə yağ yanmağa başlayır. Xüsusilə uzun müddət yüksək sürətlə işləyən mühərriklərdə bu hal daha tez-tez baş verir.
Avtomobilin yağ yandırdığını necə müəyyən etmək olar? Əgər səsboğucu borudan mavi tüstü çıxırsa və mühərrik hava üfürürsə, problem yağ yanması ilə bağlı ola bilər. Həmçinin, mühərrik yağ çubuğunda yağ səviyyəsinin normadan aşağı olması da bu problemin əlamətlərindəndir.
Yağ yandırma problemi əsasən köhnə və çox istifadə olunmuş avtomobillərdə müşahidə edilir. Xüsusilə 500 min kilometrdən çox yürüşü olan və yaşı 20-30 arasında olan avtomobillərdə mühərrik hissələrinin aşınması nəticəsində yağ yanma ehtimalı artır.
Mühərrikin yağ yandırmasını görməməzlikdən gəlmək olmaz. Problemi vaxtında müəyyən edib mütəxəssisə müraciət etmək mühərrikin uzunömürlü və sağlam işləməsini təmin edəcək. Əks halda, mühərrikdə ciddi zədələr yaranaraq təmir xərclərinin artmasına səbəb ola bilər.
Eltac Zülfüqaroğlu
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA
Sükan arxasında bu detal qəza riskini azalda bilər – TÖVSİYƏ – VİDEO
Nişan düzgün qoyulmayan yolda qəza baş verərsə, kim məsuliyyət daşıyır? – AÇIQLAMA - VİDEO
Bakıda bir neçə yol bağlanır - SƏBƏB
Sumqayıtdan gələn sürücülər “20 Yanvar”da harada sərnişin düşürə bilər? – VİDEO
Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO












