Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO

Sürücülər bəzi yolayrıclarında işıqforların fərqli vaxtlarda yaşıl işıq yandırmasına diqqət etməlidirlər. Əks halda, onlar həm yol-nəqliyyat hadisəsi ilə üzləşə, həm də 100 manat məbləğində cərimə oluna bilərlər.
Avtosfer.az xəbər verir ki, qəzaəleyhinə kursların məşqçisi Aqil Rəhimov bununla bağlı sürücülərə xəbərdarlıq edib.
O bildirib ki, Bakının Azadlıq prospektində, “Qoşa Zapravka” kimi tanınan ərazidə, Monte Kristo restoranı istiqamətindən hərəkət edən sürücülər sağ tərəfdə dayanan avtobus səbəbindən işıqforu görməkdə çətinlik çəkə bilərlər.
Məşqçinin sözlərinə görə, bəzi sürücülər avtobusun digər işıqforu bağlaması səbəbindən soldakı yolayrıcında yerləşən işıqforun siqnallarına əsasən hərəkət edirlər. Onlar işıqforların eyni vaxtda yaşıl işıq yandıracağını düşünərək hərəkətə başlayırlar.
Aqil Rəhimov qeyd edib ki, həmin ərazidə işıqforlar arasında bir neçə saniyəlik fərq var. Belə ki, digər istiqamətdə yaşıl işıq yansa da, sürücünün hərəkət etdiyi istiqamətdə işıqfor hələ qırmızı siqnal göstərə bilər.
Bu zaman hərəkətə başlayan sürücü həm soldan gələn nəqliyyat vasitələri ilə toqquşa, həm də qırmızı işıqda hərəkət etdiyinə görə 100 manat cərimə və cərimə balı ilə üzləşə bilər.
İşıqforların mütləq eyni vaxtda işləməli olduğunu düşünmək düzgün deyil. Buna görə də sürücülər yalnız digər istiqamətdəki işıqforun siqnalına əsaslanmamalı, öz hərəkət istiqamətləri üçün nəzərdə tutulan işıqforun rənginə diqqət yetirməlidirlər.
Aqil Rəhimov sürücüləri diqqətli olmağa çağıraraq bildirib ki, yol hərəkətində belə nüansları bilmək qəzaların və cərimələrin qarşısını almağa kömək edə bilər.
Eltac Zülfüqaroğlu
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












