Maşınlarda ən çox sıradan çıxan ehtiyat hissələri hansılardır? - ARAŞDIRMA

Avtomobil müxtəlif mexanizmlərdən ibarət olduğu üçün vaxtaşırı texniki nasazlıqların yaranması qaçılmazdır.
Avtosfer.az xəbər verir ki, müntəzəm texniki baxış keçirilsə belə, müəyyən problemlərlə qarşılaşmaq mümkündür. Bəs avtomobil sahiblərinin ən çox rastlaşdığı nasazlıqlar hansılardır?
1. Avtomobilin əsas enerji mənbəyi olan akkumulyatorun boşalması sürücülərin ən çox üzləşdiyi problemlərdən biridir. Akkumulyatorun boşalması zamanı sürücülər digər avtomobillərdən enerji üçün kömək almalı və ya yol yardım xidmətinə müraciət etməlidirlər. Amma ikinci hal daha çox tövsiyə olunur, çünki başqa avtomobilin akkumulyatorundan enerji alan zaman müasir avtomobillərin sistemlərində nasazlıq yarana bilər.
2. Bəzi hallarda sükan çarxı dayanıb yenidən işə salındıqda titrəyir. Bu, əsasən mühərrik yataqlarının köhnəlməsi, təkərlərin tənzimlənməməsi, asqı və əyləc sistemlərindəki problemlərlə bağlı ola bilər. Sükan çarxının vibrasiyası ciddi nasazlığın göstəricisidir və bu vəziyyətdə maşın sürmək təhlükəlidir.
.jpg)
3. Yağ avtomobilin düzgün işləməsi üçün əsas amillərdən biridir. Bəzən sürücülər mühərrik yağının sürətlə azalması problemi ilə qarşılaşırlar. Bu, mühərrikin araqatlarından baş verən sızmalar, porşen halqalarının kəskin yeyilməsi və kipgəclərin sərtləşməsi nəticəsində yağın yanma kamerasına sızması və ya avtomobilin uzun müddət yüksək sürətlə idarə olunması ilə əlaqəli ola bilər.
4. Kondisioner avtomobilin rahatlığı üçün vacib komponentdir. Lakin bu sistem də tez-tez sıradan çıxır. Soyuq və ya isti hava üfürməməsi problemi ilə qarşılaşan sürücülər vaxt itirmədən avtomobili servisə aparmalıdırlar.
5. Ötürmələrin dəyişdirilməsində yaranan çətinliklər sürət qutusu ilə bağlı ən çox rast gəlinən problemlərdəndir. Ötürmələrin dəyişdiriıməsində çətinlik və ya yağ sızması kimi hallar ciddi təmir tələb edir. Nasazlıq zamanı mexaniki sürət qutusunda ötürməni dəyişmək böyük güc tələb etdiyi halda, avtomatik ötürmədə nasazlıqlar təkanla müşayiət olunur. Bu tip nasazlıqların vaxtında aradan qaldırılması vacibdir.
Siyahıda sadalanan problemlərdən başqa, avtomobillərdə digər nasazlıqlar da yarana bilər. Bunun üçün nəqliyyat vasitələrini vaxtaşırı texniki baxışdan keçirmək və yaranan problemlərin aradan qaldırılması mütləqdir. Sürücülər nəzərə almalıdır ki, gözdən qaça biləcək kiçik problemlər böyük qəzalara səbəb ola bilər
Eltac Zülfüqaroğlu
Küçə və prospektləri düzgün planlaşdırılan şəhər təhlükəsizliyin təminatıdır - EKSPERT
Səkilərin olmaması şəhər həyatında hansı fəsadlara səbəb olur? – ARAŞDIRMA - FOTO
Avtomobil park etmək üçün bu 4 qaydaya əməl edilməlidir - MÜTƏXƏSSİS - VİDEO
Maşındakı bu konstruksiyalar yanacaq sərfiyyatını artırır – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ
Bakıda fəaliyyət göstərən avtobusların sayı 2350-yə çatıb - EKSPERT
Maşında bu düymənin nə işə yaradığını bilirdiniz? - TÖVSİYƏ - FOTO
Maşından asılan bu aksesuara diqqət edin; əlavə xərc yarada bilər - TÖVSİYƏ
Piyadaların təhlükəsiz hərəkəti üçün ideal səki necə olmalıdır? - FOTO
Təhlükəsiz şəhər konsepti necə təşkil edilməlidir? – Ekspert AÇIQLADI - FOTO
Aeroport yolunda kim hansı zolaqla hərəkət etməlidir? – Mütəxəssis AÇIQLADI - VİDEO
Avtomobil idarə edən sürücünün diqqəti hansı səbəblərdən pozulur? – MÜTƏXƏSSİS AÇIQLADI - VİDEO








