20 Yanvar metrosunun qarşısında "zmeyka" edən sürücü: HƏBS OLUNA BİLƏR - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücünün görüntüləri avtomobildəki kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 5-də, paytaxtın 20 Yanvar metrostansiyasının qarşısında baş verib. Belə ki, 99-EZ-507 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü tıxac vaxtı görüntünü qeydə alan sürücünün qarşısına keçmək istəyib. Lakin ona yol verilmədiyindən əsəbiləşən sürücü qəflətən sürəti artıraraq təkərlərin sürtünməsi səslərini çıxarıb və hərəkətini təhlükəsizlik adacığının üzərində davam etdirib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində qeyd olunub ki, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Leyla
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












