“Ağdamlı Dəmir” yol polisinə tabe olmadı; PPX-nın üstünə maşın sürdü – 90-UO-009 - VİDEO

Bakıda sürücünün yol hərəkəti qaydalarını pozaraq avtomobili idarə etməsi digər hərəkət iştirakçıları üçün də təhlükəli vəziyyət yaradıb.
Avtosfer.az xəbər verir ki, paytaxtın Yasamal rayonunda qayda pozmağa başlayan sürücü qanunsuz əməllərinə Səbail rayonunda da davam edib.
Belə ki, rayonun Nəriman Nərimanov prospekti ərazisində yol polisinin “Saxla” əmrinə tabe olmayan “Range Rover”markalı 90-UO-009 qeydiyyat nişanlı avtomobilin sürücüsü daha sonra dönmə siqanlından istifadə etmədən qəfil sağ-sol manevrləri edərək edərək təhlükə yaradıb.
Ardınca isə Teleteatrın qarşısında əks yola çıxaraq birbaşa Teymur Elçin küçəsinə hərəkət edib. Bu zaman sürücü qarşısına çıxan və işıq və səs siqnalını aktivləşdirən Pos-Patrul Xidməti avtomobilinə də çətin anlar yaşadıb. Belə ki, “Range Rover”i polisin üstünə sürərək onu dayanmağa məcbur edib və hərəkəti davam etdirib.
Qeyd edək ki, avtomobilin keçmiş MTN şefi Eldar Mahmudovun şəriki olmuş və “Ağdamlı Dəmir” ləqəbilə tanınan maşın alverçisi Dəmir Abdullayevə aid olduğu bildirilir.
Səfər
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












