Dayanacaqlar boş qalıb, avtobuslar yolun ortasında dayanıb tıxac yaradır - VİDEO

Avtobusu dayanacaqdan kənarda yox, düz yolun ortasında saxlayıb sərnişin düşürüb-mindirən sürcülər qaydaları heçə saymağa davam edir.
Avtosfer.az bildirir ki, Bakı Nəqliyyat Agentliyi nə qədər yeni avtobuslar gətirsə də, sürücülərin xüsusi təlimlərdən keçirib sorna sükan arxasında əyləşmələrinə icazə versə də, yol polisi bütün gücü ilə avtobusların nizamını tənzimləməyə çalışsa da, onlar gözdən yayınan kimi qayda pozmağa davam edir. Elə məhz Azadlıq prospektindəki bu dayanacaqlarda sürücülər demək olar ki, hər gün eyni mənzərə ilə qarşılaşır. Dairədən gələn avtobus sürücüləri yüksək sürətlə gələrək dayanacağa daxil olmadan yolun ortasında sərnişin düşürür. Digər bir görüntüdə isə yenə Azadlıq prospektində yolun hərəkət hissəsində avtobusu saxlayıb hər kəsə çətinlik yaradan sürücünü görmək mümkündür.
Onu da vurğulayaq ki, bəzən dayancaqların yeri və ya marşurut xətti düzgün seçilmədiyi üçün avtobuslar da dayanacağa daxil olmaqda çətinlik çəkir.
Ümid edirik ki, Bakı Nəqliyyaat Agentliyi sözügedən dayanacaqların yerinin düzgün seçilib-seçilmədiyi ilə bağlı həmin əraziləri yenidən gözdən keçirəcək.
Aysel
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












