Avtosığorta üzrə 2 minə yaxın şikayət olub: sığorta ödənişi niyə olunmur?

Son bir ildə Azərbaycan Mərkəzi Bankında (AMB) avtomobillərin icbari sığortası üzrə 1 872 şikayət daxil olub. Bu barədə AMB məlumat yayıb.
Məlumata görə, onların 1 261 ədədi qanunvericiliyə uyğun olaraq tam və yaxud qismən təmin edilib, 536 ədədi üzrə isə qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.
Bundan başqa, sığortaçılara 107 icrası məcburi göstərişlər verilib, sığortalılara 724 min manat sığorta ödənişinin həyata keçirilməsi təmin edilib.
Nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, bəzi sığorta şirkətləri süründürməçiliklə məşğul olur. "Əvvəllər DYP-dən "Forma 4" bəhanəsi var idi. İndi bu da elektron qaydada həllini tapıb. Amma nədənsə yenə problemlər bitmək bilmir. Düşünürəm ki, bu sahə ilə bağlı ciddi islahatlara ehtiyac var."
E. Muradlı bildirib ki, bəzən sürücüləri o qədər bezdirirlər ki, sonda avtomobili özü təmir etdirməli olur. "Bu da çox acınacaqlı mənzərədir. Sanki qəsdən vaxt uzadılır. əsəblər tarıma çəkilir ki, sürücü axırda bezib getsin."
Yunis
Qeyd: Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “2022-ci il kiçik qrant müsabiqəsi”ndə qalib olmuş“Yol hərəkəti təhlükəsizliyi: hüquqi yardım və maaifləndirmə” layiihəsi çərçivəsində hazırlanıb.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












