Bakıda "avtoşluq" edən sürücü piyadaları qorxuya saldı - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücünün hərəkətləri avtomobildəki kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, hadisə okyabrın 5-də, paytaxtın Ceyhun Səlimov küçəsində qeydə alınıb. Belə ki, ayırıcı zolağın kəsiyindən geriyə dönən sürücü sürəti qəflətən artıraraq təkərlərin sürtünməsi səslərini çıxarıb. Bu zaman keçiddən keçən piyadalar həmin sürücünün hərəkətindən qorxuya düşərək geriyə çəkilməli olublar.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində qeyd olunub ki, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Nərminə Əli
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












